• Bakı 9° C

    10.04 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

"Aksiya keçirilən yol Xankəndiyə aparır" - Deputat

SİYASƏT

17 Dekabr 2022 | 10:56 | Müəllif: Subhan Mahmudov

"Aksiya keçirilən yol Xankəndiyə aparır" - Deputat

“Azərbaycanın təbii sərvətlərinin  talan edilməsi və ekoloji terror əleyhinə dinc aksiyanın təşkili məkanı doğru seçilib. Çünki məhz  Laçın-Xankəndi yolu ilə yağmalanan təbii sərvətlərimiz  Ermənistana daşınıb,  ərazilərimizə silah-sursat, terrorçular gətirlib və s..  Aksiya yolda keçirilsə də, humanitar yüklər üçün bağlanmayıb, işləyir”. 

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Musa Qasımlı bildirib.

Deputat qeyd edib ki, azərbaycanlılar tarix boyu insanlıq yollarını, mehriban qonşuluğa, əməkdaşlığa aparan yolları  bağlamayıb, açıq saxlayıblar: “Düşmənçilik yaradan yolları isə birdəfəlik kökündən kəsiblər. Aksiya iştirakçılarının tələbləri də ədalətli və qanunidir.  Bu gün bütün dünyanın ətraf mühitin qorunmasının zəruriliyindən gur səslə danışdığı bir vaxtda Xankəndidəki cinayətkarlar Arutunyan, Vardanyan və başqalarının Azərbaycanın təbii sərvətlərini talamasının adı günün günorta çağı quldurluq və vəhşilikdir.  Mədənlərin monitorinqini həyata keçirən hökumət nümayəndələrinə  ərazilərimizdə müvəqqəti yerləşmiş Rusiya hərbi kontingentinin komandanı general Volkovun rəhbərliyindən aldığı əmrə əsasən mane olması isə həmin cinayətlərə ortaq olmaqdır, ikiqat yolkəsənlikdir. Bu hərəkətlər Azərbaycanın suveren hüquqlarını pozmaq və qanunlarına hörmətsizlik olduğundan cavabının da anladıqları üsulla veriləcəyinə inanıram”. 

“Deməli,  mədənləri monitorinq etməyə gedənlər vəzifə səlahiyyətlərini yerinə yetirənə, bütün kommunikasiyalar,  o cümlədən  Ağdərə-Kəlbəcər yolu açılana, Zəngəzurdan keçməklə Naxçıvanla əlaqə qurulana,  dinc erməniləri əsir kimi saxlayan, Bakı ilə reinteqrasiyaya imkan verməyən cinayətkarlar Arutunyan, Vardanyan və onların himayədarları ərazilərimizdən rədd olub gedənə, həmin ərazilərimizdə qanunlarımız işləyənə qədər dinc aksiyalar da davam edəcəkdir.  Aksiya keçirilən yol Xankəndiyə aparır. Bu yolun cinayətkarların əsirliyində səslərini çıxara bilməyən ermənilərin də xilasına gətirəcəyinə inanıram. O günə isə çox qalmayıb...” - deyə, Musa Qasımlı bildirib.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026