Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Nəsimi rayonu, Ceyhun Hacıbəyli ilə Təbriz küçələrinin kəsişməsində qeydə alınıb.
Belə ki, 1985-ci il təvəllüdlü Yeganə Elçin qızı Babayeva idarə etdiyi “BMW” markalı avtomobil ilə mopedi vurub.
Nəticədə mopedi sürən 28 yaşlı Kamran Əlsəfa oğlu Səmədov hadisə yerində ölüb.
Faktla bagli Nəsimi RPİ-də cinayət işi başlanıb, araşdırma aparılır.

















