• Bakı 16° C

    2.11 m/s

Borrell Çinə səfər edəcək

DÜNYA

11 Oktyabr 2023 | 15:30

Borrell Çinə səfər edəcək

Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Çinə səfər edəcək.

Bakıvaxtı.az xəbər verir ki bu barədə Aİ-nin Xarici Fəaliyyət Xidməti məlumat yayıb.

Bildirilib ki, Ali Nümayəndə Borrell oktyabrın 12-14-dək Çində səfərdə olacaq.

Oktyabrın 13-də Borrell Çinin xarici işlər naziri Vanq Yi ilə birlikdə 12-ci Aİ-Çin Strateji Dialoquna həmsədrlik edəcək. Dialoq çərçivəsində Aİ-Çin ikitərəfli münasibətləri, beynəlxalq və regional problemlər, qlobal çağırışlar və çoxtərəflilik üzrə müzakirələr aparılacaq.

Cozep Borrell Pekin Universitetində də çıxış edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026