• Bakı 6° C

    10.26 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

“Ukrayna buna hazır deyil” - Viktor Orban

DÜNYA

10 Noyabr 2023 | 15:17 | Müəllif: Subhan Mahmudov

“Ukrayna buna hazır deyil” - Viktor Orban

"Ukrayna ölkənin Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqlara başlamağa hazır deyil".

Bakıvaxtı.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban "Kossuth" radiosunun efirində deyib. 

Onun sözlərinə görə, Ukrayna ölkənin Aİ-yə daxil olması ilə bağlı ambisiyaları barədə danışmağa hər cəhətdən hazır deyil: "Danışıqlara başlamaq olmaz, bu Macarıstanın aydın mövqeyidir".

Xatırladaq ki, noyabrın 8-i Avropa Komissiyası Avropa İttifaqı Şurasına Gürcüstana Aİ-yə üzv olmaqla bağlı namizəd statusunun verilməsini, eləcə də bir neçə şərtə əməl etməklə Ukrayna və Moldova ilə ittifaqa daxil olmaqla dair danışıqlara başlamağı tövsiyə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026