• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Türkiyədə torpaq sürüşməsi: Ana və oğlu öldü

DÜNYA

10 Dekabr 2023 | 14:29 | Müəllif: Subhan Mahmudov

Türkiyədə torpaq sürüşməsi: Ana və oğlu öldü

Türkiyənin şimalındakı Zonquldak vilayətində daşqın nəticəsində iki nəfər ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Milli Fəlakətlərin İdarə Edilməsi İdarəsi (AFAD) məlumat yayıb.
Qara dəniz sahilindəki Zonquldakda iki gündən çox yağış yağıb.

"Zonquldak vilayətinin Əsma rayonunda ana və oğlu sel nəticəsində uçan ikimərtəbəli evinin dağıntıları altında qalıb. Axtarış-xilasetmə əməliyyatları nəticəsində onların cəsədləri aşkar edilib", - idarənin mətbuat xidmətindən bildirilib. 

Xilasetmə əməliyyatı zamanı ikinci çökmə baş verib, 21 xilasedici dağıntılar altında qalıb, lakin sonradan onlar xilas edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026