• Bakı 14° C

    2.92 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

ABŞ vətəndaşı Moskvada HƏBS EDİLDİ

DÜNYA

09 Yanvar 2024 | 12:11

ABŞ vətəndaşı Moskvada HƏBS EDİLDİ

Rusiyada ABŞ vətəndaşı həbs edilib.

Bakıvaxtı.az xəbər verir ki, Moskvanın Ostankino Rayon Məhkəməsi istintaqın tələbi ilə ABŞ vətəndaşı Robert Vudlandı həbs edib. O, külli miqdarda narkotik vasitələrin qanunsuz istehsalına, satışına və ötürülməsinə cəhddə ittiham olunur.

Amerikalı yanvarın 5-də saxlanılıb və həmin gün ona qarşı ittiham irəli sürülüb. Müdafiə tərəfi həbsə etiraz edib və Vudlandın işdə həqiqətin üzə çıxarılmasına töhfə verdiyini və gizlətmək niyyətində olmadığını iddia edərək, ev dustaqlığı tədbirinin seçilməsində israr edib. Məhkəmə istintaqın və prokurorluğun xahişini yerinə yetirərək təqsirləndirilən şəxsi martın 5-dək həbs edib.

Təqsiri sübuta yetiriləcəyi təqdirdə ABŞ vətəndaşını 10 ildən 20 ilə qədər həbs gözləyir./APA


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026