Bağdadın Meştal qəsəbəsinə pilotsuz uçan aparatın hücumu olub.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb.
Ölənlərdən birinin “Kətaib Hizbullah”ın komandiri Əbu Baqir əs-Saadi olduğu bildirilir.
Məlumata görə, hücum yerli vaxtla saat 21:30-da baş verib.
Mülki itkilər ilə bağlı heç bir məlumat yoxdur.
Qeyd edəkki,İraqın paytaxtında pilotsuz təyyarələrin hücumunun böyük bir eskalasiya kimi qiymətləndiriləcəyi bildirilir.
Mina Mikayılova
















