• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Türkiyə, Misir və İsrail koordinasiya qrupu yaratdı

DÜNYA

10 Noyabr 2023 | 15:26 | Müəllif: Subhan Mahmudov

Türkiyə, Misir və İsrail koordinasiya qrupu yaratdı

Türkiyə, Misir və İsrail yaralıların Qəzza zolağından çıxarılması üzrə koordinasiya qrupu yaradıb.

Bakıvaxtı.az bildirir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca "X" sosial şəbəkə hesabında bildirib.

Onun sözlərinə görə, Misirdən olan həmkarları ilə danışıqlar aparıb.

"Qəzzadakı Türkiyə-Fələstin Dostluq Xəstəxanasından onkoloji xəstələr, ilk növbədə, uşaqların Misirdəki xəstəxanalara daşınması ilə bağlı razılaşma əldə olunub. Türkiyənin tibb işçiləri misirli həmkarları ilə birlikdə Qəzzadan olan xəstələri müalicə edəcək. İkinci mərhələdə vəziyyəti buna imkan verən xəstələrin təyyarə ilə Türkiyəyə göndərilməsi planlaşdırılır", - deyə nazir əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR