• Bakı 28° C

    4.23 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.178

BŞTİ-yə iyul ayı ərzində 17 min 302 müraciət daxil olub

CƏMİYYƏT

01 Avqust 2024 | 14:52

BŞTİ-yə iyul ayı ərzində 17 min 302 müraciət daxil olub

İyul ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 17 min 302 müraciət daxil olub.

İdarədən Bakıvaxtı.az-a bildirilib ki, daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.

Statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 9105 zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzinə 4747 müraciət daxil olub.

BŞTİ-yə 2983 sənəd (vətəndaşlar tərəfindən 381 ərizə, Elm və Təhsil Nazirliyindən 439, digər qurumlardan 343, tabelikdə olan təhsil müəssisələrindən 679 məktub və 1141 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 467 elektron müraciətə baxılıb.

Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, məktəbəqədər təhsil müəssisələrinə və I sinfə qəbul, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, işə qəbul və digər məsələləri əhatə edir.


SON XƏBƏRLƏR

15 Iyul 2025