• Bakı 20° C

    1.58 m/s

Bu gün Saakaşvilinin məhkəməsi olacaq

DÜNYA

22 Dekabr 2021 | 12:06

Bu gün Saakaşvilinin məhkəməsi olacaq

Bu gün Tbilisi Şəhər Məhkəməsində Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin növbəti məhkəmə prosesi keçiriləcək.

Bakıvaxtı.az “Interpressnews”a istinadən xəbər verir ki, məhkəmə Saakaşvilinin Gürcüstan sərhədini qanunsuz keçməsi işi ilə bağlıdır.

Gürcü siyasətçinin məhkəmədə iştirak edib-etməyəcəyi onun sağlamlığı ilə bağlı vəziyyətdən asılı olacaq.

Qeyd edək ki, Gürcüstanın Daxili İşlər Nazirliyi Mixail Saakaşvilinin Gürcüstanın dövlət sərhədini qanunsuz keçməsi ilə bağlı araşdırmanı oktyabrın 1-i başladıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Oktyabr 2026