İstanbulda sağlamlıq mərkəzlərinin birinə silahlı basqın olub.
Bakıvaxtı.az-ın TRT Haber-ə istinadla məlumatına görə, silahlı şəxs tibb bacısı Ömür Erezi yaralayaraq qaçıb.
Ağır xəsarətlərlə xəstəxanaya aparılan tibb bacısı isə dünyasını dəyişib.
Sillahlı şəxsin əvvəllər də Ömür Erezi narahat etdiyi müəyyən edilib.
Hücum edən şəxs saxlanılıb.
















