• Bakı 19° C

    1.38 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Ərdoğan Afrika ölkələrinə gedəcək

DÜNYA

20 Fevral 2022 | 00:55 | Müəllif: Qalib İbrahimoğlu

Ərdoğan Afrika ölkələrinə gedəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bazar ertəsi Afrika ölkələrinə səfərə yola düşəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin yaydığı məlumatda bildirilir.

Qeyd olunur ki, R.T.Ərdoğan fevralın 20-23-də Konqo Demokratik Respublikası, Seneqal və Qvineya-Bisauya səfər edəcək. Gündəlikdə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinin vəziyyəti və perspektivləri olacaq.

Türkiyə Prezidenti Seneqalın paytaxtı Dakara səfəri çərçivəsində türk şirkəti tərəfindən inşa edilən 50 min tamaşaçı tutumlu Olimpiya Stadionunun açılışında iştirak edəcək. Bundan əlavə, Dakarda Türkiyə səfirliyinin yeni binasının açılışı baş tutacaq


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026