• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

“Rusiya ilə razılaşmalar referendumla həll edilə bilər” - Zelenski

DÜNYA

21 Mart 2022 | 23:27

“Rusiya ilə razılaşmalar referendumla həll edilə bilər” - Zelenski

"Ukrayna və Rusiya arasında danışıqlarda kompromislər məsələsi referenduma həll edilə bilər".

Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın milli ictimai teleradio şirkətinə müsahibəsində bildirib.

O bildirib ki, söhbət təhlükəsizlik zəmanətləri və işğal olunan Ukrayna ərazilərindən gedir: “Cavabsa çox sadədir. Biz artıq anlayırıq. Bizi qəbul etmirlər (NATO), çünki Rusiyadan qorxurlar. Bax belə. Bizdə sakitləşməli və deməliyik ki, “oldu, digər təhlükəsizlik zəmanətləri”. Bəzi NATO ölkələri təhlükəsizliyə zamin olmaq istəyirlər. Biz Alyansın üzvləri olsaydıq, NATO-nun etməli olduğu hər şeyi etməyə hazırdırlar. Hesab edirəm ki, bu normal kompromisdir”, - deyə Zelenski bildirib.

Ukrayna Prezidenti izah edib ki, təhlükəsizlik zəmanətləri məsələlərində söhbət Konstitusiya dəyişiklikləri və Ukrayna qanunvericiliyinə ediləcək dəyişikliklərdən gedir. O, bildirib ki, Rusiya ilə ehtimal olunan kompromisli razılaşma Ukraynada referenduma çıxarılmalıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026