Bu gün günorta saatlarından başlayaraq Özbəkistanın Cizzak vilayətinin Baxmal, Fariş, Qallayaral və Şərəf Rəşidov rayonlarında yağan güclü leysan nəticəsində baş verən sel və daşqınlar dörd adamın həyatına son qoyub, yaralananların olduğu bildirilir.
Bakıvaxtı.az xəbər verir ki, Özbəkistan Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin məlumatına görə, ölənlərin biri kişi, üçü qadındır. Qeyd olunub ki, bu rayonlarda xeyli sayda yaşayış evi, sosial obyekt və əkin sahəsini su basıb.
Bildirilir ki, gün ərzində vilayətdə illik normanın 10 faizi qədər yağış yağıb.
FHN-nin mütəxəssisləri təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində iş aparırlar.
















