• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Dövlət katibindən əhaliyə çağırış: "Az yeyin!"

DÜNYA

20 Aprel 2022 | 20:22 | Müəllif: Subhan Mahmudov

Dövlət katibindən əhaliyə çağırış: "Az yeyin!"

Almaniyanın parlamentdən stats-katibi Nils Annen Almaniya vətəndaşlarını qidanı azaltmağa, xüsusən əti az yeməyə çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, Almaniya Federativ respublikasının dövlət katibi əkinçilik üçün yararlı torpaq sahələrinin azad olması və artırılması üçün heyvandarlığın ixtisarını təklif edir.

Nils Annen dünyada ərzaq məhsullarına, taxıla, tərəvəzə artan tələbat və qıtlıq fonunda ölkənin özünü təmin etməsi üçün torpaq sahələrinə ehtiyacı olduğunu deyib.

"Əgər biz Almaniyada mal və donuz əti istehlakını 30% azalda bilsəydik, əkinçilik üçün milyon hektar ərazi boşalda bilərdik. Ukraynadakı hadisələr buğda defisiti yaradır. Amma diqqət yetirdikdə görürük ki, bir çox Avropa ölkələri kimi Almaniyada buğdanın yarıdan çoxu maldarlıq təsərrüfatları üçün alınır. Bütün dünya üzrə istehsal olunan buğda sonunda ət istehsalına yönəlir. Ona görə də Avropa xalqları ət qəbulunu azaltsalar iqtisadiyyata xeyli dəstək olmuş olarlar".(bakupost)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026