• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Fransada quş qripi yenidən yayılmağa başlayıb

DÜNYA

20 Aprel 2022 | 21:17 | Müəllif: Subhan Mahmudov

Fransada quş qripi yenidən yayılmağa başlayıb

Fransanın Dordoni departamentində 15 gün ərzində 37 fermada quş qripi aşkarlanıb.

Bakıvaxtı.az AZƏRTAC-a istinadən bildirir ki, epidemiyanın ilk mənbəyi Qara Periqor (Perigord Noir) bölgəsindəki Sent-Geniyezdə qaz fermasında aşkar olunub.

Dordoni Kənd Təsərrüfatı Palatasının vitse-prezidenti Yanik Frans bildirib ki, aprelin 16-dan yeddi yeni epidemiya mənşəyi aşkara çıxarılıb. Təkcə dünən Kulores eksperimental fermasında 700 qaz kəsilib.

Kənd Təsərrüfatı Palatası vəziyyətin narahatedici olduğunu bildirərək, epizootiya ilə mübarizənin aparılması istiqamətində müvafiq tədbirlər görülməsinin vacibliyini qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026