Argentinanın şimal-qərbindəki Korrientes əyalətində təxminən 800 min hektar ərazi meşə yanğınları nəticəsində məhv olub.
Bakıvaxtı.az xəbər verir ki, ölkənin Milli Kənd Təsərrüfatı Texnologiyaları İnstitutunun (INTA) açıqladığı hesabatda əyalətin ərazisinin 9%-ni alov bürüdüyü bildirili, 785 238 hektar ərazi yanıb.
Yanğınlar ölkənin şimal-şərqində flora və faunaya əhəmiyyətli təsir göstərib.
Xeyli sayda heyvan yanaraq tələf olub və ya tüstüdən zəhərlənib.
Yanğınsöndürmə qrupları alovla mübarizəni davam etdirirlər.















