• Bakı 22° C

    5.14 m/s

İŞİD terrorçuları Suriyada həbsxanadan qaçıb

DÜNYA

21 Yanvar 2022 | 00:50 | Müəllif: Qalib İbrahimoğlu

İŞİD terrorçuları Suriyada həbsxanadan qaçıb

Suriyanın Həsəkə şəhərinin cənubunda yerləşən Sanavia həbsxanasından İŞİD-in keçmiş silahlılarından olan azı 20 məhbus qaçıb.

Bakıvaxtı.az "Report"a istinadən xəbər verir ki, bu barədə “Əl-Mayadin” telekanalı məlumat yayıb.

Məlumata görə, terrorçuların qaçışını məhbəs yoldaşları təşkil edib və bunun üçün həbsxananın girişində iki minalanmış avtomobili partladıblar.

Suriya hərbçiləri həbsxananın yerləşdiyi Güveyran məhəlləsini mühasirəyə alıb. ABŞ Hərbi Hava Qüvvələrinə məxsus helikopterlər terrorçuların axtarışını həyata keçirir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026