• Bakı 12° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.8409

    RUB - 0.0183

Bu gündən ali məktəblərə ixtisas seçimi başlayır

CƏMİYYƏT

16 Avqust 2022 | 09:13

Bu gündən ali məktəblərə ixtisas seçimi başlayır

Bu gündən I, II, III, IV və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər (o cümlədən subbakalavrlar) üçün ixtisas seçimi başlayır.

Bu barədə Bakıvaxtı.az-a Dövlət İmtahan Mərkəzindən xəbər verilib.

Məlumata görə, ixtisas seçimi avqustun 28-nə qədər davam edəcək.

Abituriyentlər elektron ixtisas seçimi ərizəsinin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz fəaliyyət göstərən “Məsləhət mərkəzləri”nə müraciət edə bilərlər.


SON XƏBƏRLƏR