• Bakı 22° C

    3.25 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Bu il taksi fəaliyyəti üçün qeydiyyat keçmiş sürücülərin sayı açıqlanıb

CƏMİYYƏT

19 Avqust 2025 | 18:33 | Müəllif: Gülşən Şərif

Bu il taksi fəaliyyəti üçün qeydiyyat keçmiş sürücülərin sayı açıqlanıb

 Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bu ilin yanvar-iyul aylarında taksi fəaliyyəti ilə məşğul olmaq üçün təqdim edilən sənədlərlə bağlı statistikanı açıqlayıb.

AYNA-dan Bakıvaxtı.az-a bildirilib ki, hesabat dövründə 4 280 nəfər sürücü buraxılış vəsiqəsi, 10 315 avtomobil isə buraxılış kartı ilə təmin olunub.

Buraxılış vəsiqəsi birbaşa sürücüyə, buraxılış kartı isə taksi kimi istifadə ediləcək avtomobilə verilir. Bu sənədlər olmadan taksi fəaliyyəti qanunsuz hesab olunur və məsuliyyət yaradır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR