• Bakı 8° C

    11.44 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Bu ölkə Rusiya ilə sərhəddə hasar çəkir

DÜNYA

02 Noyabr 2022 | 12:32

Bu ölkə Rusiya ilə sərhəddə hasar çəkir

Polşa hakimiyyəti Rusiyanın Kalininqrad vilayəti ilə sərhəddə hasarın tikintisinə başlayıb. 

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş nazirinin müavini, Polşa Müdafiə Nazirliyinin rəhbəri Mariuş Blaşak bildirib.

"Artıq bu gün Polşa ordusunun istehkamçılarının, əsgərlərinin Polşa-Rusiya sərhədində müvəqqəti səddin tikintisinə başlanılıb", - nazir bildirib. O, hasarın tikanlı məftillə tikiləcəyini, hündürlüyünün 2,5 metr, eninin isə üç metr olacağını bildirib.

Blaşak izah edib ki, hasarın tikintisi ilə bağlı qərar Rusiya tərəfinin Kalininqrad vilayətində Yaxın Şərq və Şimali Afrikadan gələn təyyarələr üçün hava limanını açması ilə bağlıdır. Onun sözlərinə görə, bu, Polşaya miqrasiya axınının artması təhlükəsi yaradır. /Unikal


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026