Ermənistan parlamentinin sədri Alen Simonyanın Moskvaya səfərə yollanacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı “Sputnik Armenia” yayıb.
Səfər dekabrın 4-6-dək davam edəcək. Nümayəndə heyətinin tərkibinə Ermənistan parlamenti sədrinin müavini Akop Arşakyan, müdafiə və təhlükəsizlik üzrə komissiyasının sədri Andranik Koçaryan və “Şərəf duyuram” blokunun deputatı Tiqran Abramyan da daxildir.
Məlumata görə, Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Parlament Assambleyasının toplantısı keçiriləcək.


jpg-1669964236.jpg)













