• Bakı 10° C

    10.64 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

MDB-yə sədrlik Qırğızıstana keçdi

DÜNYA

01 Yanvar 2023 | 09:58 | Müəllif: Subhan Mahmudov

MDB-yə sədrlik Qırğızıstana keçdi

2023-cü ildə MDB-yə sədrlik Qazaxıstandan Qırğızıstana keçib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin ofisi bəyanat yayıb.

Qardaş ölkə prezidenti Sadır Japarov Qırğızıstanın Birliyin sədri kimi MDB-yə yeni töhfələr verəcəyinə əminliyini ifadə edib.

Prezident deyib ki, ölkəsi üzv dövlətlər arasında mehriban qonşuluq və etimadın möhkəmləndirilməsinə xüsusi diqqət yetirəcək.

Məlumat üçün bildirək ki, Bişkekin sədrliyi ilə bağlı qərar ötən il oktyabrın 14-də MDB-nin Astanada keçirilən sammitində qəbul edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026