• Bakı 18° C

    7 m/s

  • USD - 1.7

    EUR - 1.8198

    RUB - 0.0182

Türkiyənin Birləşmiş müxalifəti seçkiqabağı proqramını təqdim edib

DÜNYA

31 Yanvar 2023 | 00:40

Türkiyənin Birləşmiş müxalifəti seçkiqabağı proqramını təqdim edib

Türkiyənin altı aparıcı müxalifət partiyasını birləşdirən “Milli Alyans” bu gün seçkiqabağı proqramını açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, 240 səhifəlik sənədin müəllifləri Türkiyənin daxili siyasi və iqtisadi vəziyyətindən ətraflı bəhs etmiş, xarici siyasətə ayrıca fəsil ayırmışlar.

Rəqiblər xüsusilə qeyd ediblər ki, seçkilərdə qələbə qazanacağı təqdirdə ABŞ, Rusiya və Aİ ilə münasibətləri “bərabərlik əsasında” qurmağa hazırlaşırlar. Müxalifət bloku həmçinin Aİ-yə üzvlük prosesini başa çatdırmağa və 2016-cı ildə Brüssellə imzalanmış miqrasiya sazişinə yenidən baxmağa söz verib.

“Birləşmiş müxalifətin növbəti addımı mayın 14-də keçiriləcək prezident seçkilərində vahid namizədə aydınlıq gətirmək olacaq. Bu qərar altı müxalifət partiyasının liderlərinin fevralın 13-də keçiriləcək növbəti toplantısında açıqlanacaq”, - Türkiyənin ən böyük müxalifət partiyası olan Xalq Cümhuriyyətinin lideri Kamal Kılıçdaroğlu bu gün bildirib.


SON XƏBƏRLƏR

24 Aprel 2024