Krım yarımadasının cənubunda güclü partlayış baş verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Krım “rəhbərinin müşaviri” Oleq Kryuçkov deyib.
“Partlayış səsini Yalta, Bağçasaray və Qurzuf sakinləri eşidib”, - deyə o bildirib.
Hələlik partlayışla bağlı təfərrüatlı məlumat verilmir.
















