• Bakı 11° C

    12.08 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Britaniya tarixində ilk: 5 tondan artıq robotlar...

DÜNYA

31 Mart 2023 | 23:00 | Müəllif: Subhan Mahmudov

Britaniya tarixində ilk: 5 tondan artıq robotlar...

Böyük Britaniyada ilk dəfə olaraq üç xarici istehsalçının ağır yerüstü nəqliyyat robotlarını (pilotsuz yerüstü nəqliyyat vasitələri - BNTS) sınaqdan keçiriblər.

Bakıvaxtı.az xəbər verir k, bu barədə Britaniya hökumətinin bəyanatında deyilir.

Testlər iki həftə ərzində aparılıb. Təlimdə Estoniya ("Milrem"), Almaniya ("Rheinmetall") və İsraildən ("Elbit") məhsullar iştirak edib. "Ağır" kateqoriyaya - bir şəxs tərəfindən idarə olunan 5 tondan artıq robot avadanlıqları daxildir.

"Ağır pilotsuz yerüstü sistemlərin sınağı... Böyük Britaniya tarixində ilk dəfə olaraq onların döyüş meydanındakı vəziyyətlərdə effektivliyini sınaqdan keçirib", - hesabatda deyilir.

Sınaqlar zamanı ekspertlər təqdim olunan bütün nümunələrin parametrlərini, yəni məhsulun sürətini və ötürmə qabiliyyətini öyrəniblər. (publika)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026