• Bakı 7° C

    2.17 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

İspaniyada iki təyyarə toqquşdu: Ölənlər var

DÜNYA

30 Aprel 2023 | 21:40 | Müəllif: Subhan Mahmudov

İspaniyada iki təyyarə toqquşdu: Ölənlər var

Bazar günü İspaniyanın Kataloniya Muxtar İcmasında iki yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində azı dörd nəfər ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə regional yanğınsöndürmə xidmətinin press-relizində deyilir.

Məlumata görə, hadisə Barselona yaxınlığındakı Moya kəndi ərazisində baş verib. Şahidlər təyyarənin hündürlüyünü itirdiyini və aerodrom yaxınlığındakı meşəlik ərazidə qəzaya uğradığını gördükdən sonra təcili yardım çağırıblar.

Qəza nəticəsində təyyarə yanıb və alov bitki örtüyünə keçib. Yanğın artıq söndürülüb.

Tezliklə qəzaya uğrayan ikinci təyyarə aşkar edilib. O, birincidən təxminən 300 metr aralıda olub.

Səlahiyyətlilər hadisə ilə bağlı araşdırmalara başlayıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026