• Bakı 17° C

    1.35 m/s

  • USD - 1.7

    EUR - 1.9

    RUB - 2.1118

Özbəkistanda referendum keçirildi

DÜNYA

30 Aprel 2023 | 20:14 | Müəllif: Subhan Mahmudov

Özbəkistanda referendum keçirildi

Özbəkistan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendumda səsvermə bu gün yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 19:00) bütün respublika üzrə başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Özbəkistan mətbuatı məlumat yayıb.

Ümumilikdə Özbəkistanda saat 8:00-dan 20:00-a qədər (Bakı vaxtı ilə saat 7:00-dan 19:00-a qədər) 10,7 mindən çox seçki məntəqəsi açılıb. Bundan əlavə, Özbəkistanın 39 xarici ölkədəki diplomatik və digər nümayəndəliklərində 55 seçki məntəqəsi yaradılıb.

Özbəkistan Mərkəzi Seçki Komissiyasının açıqladığı son məlumata görə, saat 17:00-a (Bakı vaxtı ilə 16:00) referendumda seçici fəallığı 81,39% təşkil edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Noyabr 2026