• Bakı 14° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Çin kosmosa ilk mülki astronavtını göndərdi

DÜNYA

30 May 2023 | 16:20

Çin kosmosa ilk mülki astronavtını göndərdi

Çin Xalq Respublikası tarixində ilk dəfə kosmosa mülki şəxs göndərib.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, üç nəfərlik ekipajla yola düşən kosmik gəmi dekabr ayından Çinin kosmik stansiyasında işləyən komandanı əvəz edəcək.

Bu missiya həm də Çin üçün bir ilkdir. Beihang Universitetinin Aviasiya İnstitutunda professor kimi çalışan Gui Haichao Çinin ilk hərbi olmayan astronavtı olub. Çin elan edib ki, professorun vəzifəsi kosmik təcrübələr zamanı stansiyanın faydalı yükünü idarə etməkdir.

Sosial mediada professorun mülki şəxs olmasından başqa bir məsələ də gündəm olub. Mediaya təqdim edilən fotolarda astronavtın eynək taxması səbəbindən gözü zəif olan birinin niyə kosmosa göndərilməsi sual altına alınıb.

Çin mediası professorun səhra sahəsində sınağı, yuxusuzluq testi, sentrifuqa və sualtı məşqlər kimi çətin tapşırıqları uğurla yerinə yetirdiyini və indi kosmos missiyalarında müxtəlif təcrübə sahələrinin axtarıldığını yazıb.

Shenzhou Çinin 2021-ci ildən bəri beşinci insanlı kosmik missiyasıdır. Kosmik stansiyada beş ay xidmət edəcək astronavtlar müxtəlif təcrübələr həyata keçirəcəklər.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR