• Bakı 14° C

    2.07 m/s

  • USD - 1.7

    EUR - 1.9023

    RUB - 2.0943

Paşinyan onları istefaya göndərdi

DÜNYA

29 Iyun 2023 | 14:22 | Müəllif: Subhan Mahmudov

Paşinyan onları istefaya göndərdi

Ermənistanın baş naziri Nikol Paşinyanın sərəncamı ilə fövqəladə hallar nazirinin iki müavini - Artyuş Qriqoryan və Ara Nazaryan vəzifələrindən azad ediliblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin Baş katibi Lilit Mirzəxanyan da istefaya göndərilib.

Ermənistan prezidenti Vaaqn Xaçatryanın sərəncamı ilə fövqəladə hallar naziri Armen Pambuxçyan bu günlərdə istefaya göndərilmişdi.

Qeyd edək ki, hökumətin tərkibində struktur dəyişikliyi ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti iyunun 30-dan dayandırılacaq. Daxili İşlər Nazirliyinin tərkibində Fövqəladə Hallar, Polis, Miqrasiya xidməti və vətəndaşlıq idarələri fəaliyyət göstərəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Noyabr 2026