Beynəlxalq Hesablaşmalar Bankının (BIS) açıqladığı mənzil qiymətləri statistikasına görə, Türkiyə birinci rübdə mənzil qiymətlərinin ən çox azaldığı 3 ölkədən biri olub.
Bakıvaxtı.az xəbər verir ki, qlobal mənzil qiymətləri 2024-cü ilin birinci rübündə keçən ilin eyni dövrü ilə müqayisədə real ifadədə yüzdə 1 azalıb.
Birinci rübdə ev qiymətlərinin ən çox düşdüyü ölkə yüzdə 13,7 ilə Lüksemburq olub. İkinci yerdə 13,2 faiz azalma ilə Honq-Konq qərarlaşıb. Üçüncü yerdə isə yüzdə 8,9 azalma ilə Türkiyə olub.
Digər tərəfdən, birinci rübdə mənzil qiymətlərinin ən çox artdığı ölkə yüzdə 15,6 ilə BƏƏ olub. Polşa 14,6 faiz artımla ikinci, Bolqarıstan isə 12,2 faiz artımla üçüncü yeri tutub. (publika.az)