Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Şuşa şəhərinə səfərə gedib.
Bakıvaxtı.az xəbər verir ki, diplomat bu barədə tviterdə paylaşım edib.
O, şəhərdən paylaşdığı fotoları “Qafqazın tacı, mədəniyyət və tarixin qovuşduğu yer, Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın incisi Şuşa” adı ilə şərh edib.















