• Bakı 22° C

    2.37 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Mişel Aİ ölkələrini müharibəyə çağırdı: Əgər sülh istəyiriksə...

DÜNYA

19 Mart 2024 | 13:12

Mişel Aİ ölkələrini müharibəyə çağırdı: Əgər sülh istəyiriksə...

Avropa İttifaqı Şurasının prezidenti Çarlz Mişel qitədə sülhü qorumaq üçün Aİ ölkələrini müharibəyə hazırlaşmağa çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, o bu barədə Fransanın “Libération ” nəşri üçün köşə yazısında yazıb.

Onun sözlərinə görə, Ukraynada münaqişəsiİkinci Dünya müharibəsindən sonra mövcud olan Avropa təhlükəsizlik arxitekturası dönməz şəkildə dəyişib.

Mişelin nöqteyi-nəzərindən Rusiya Avropa qitəsinə və qlobal təhlükəsizliyə ciddi hərbi təhdiddir.

“Əgər biz sülh istəyiriksə, müharibəyə hazırlaşmalıyıq... Təhlükəsizliyimiz üçün məsuliyyət daşımağın vaxtıdır”.

O, Aİ-ni müharibəyə hazırlığı artırmaq, iqtisadiyyatı stimullaşdırmaq və iş yerləri ilə təmin etmək üçün 2030-cu ilə qədər müdafiə təchizatını artırmağa çalışmağa çağırıb. Mişel Ukraynaya dəstəyin davam etdirilməsinin vacibliyini də bəyan edib.

Mina Mikayılova


SON XƏBƏRLƏR

26 Aprel 2024