• Bakı 18° C

    9.42 m/s

  • USD - 1.7

    EUR - 1.8199

    RUB - 0.0182

Bu şəhərdə otel tikintisi qadağan edildi

DÜNYA

18 Aprel 2024 | 11:43

Bu şəhərdə otel tikintisi qadağan edildi

Amsterdamda bundan sonra yeni otel binalarının tikintisinə icazə verilməyəcək.

Bakıvaxtı.az xarici mətbuata xəbər verir ki, bu barədə yerli hökumətin bəyanatında bildirilir.

Məqsəd şəhəri sakinlər və qonaqlar üçün yaşana bilən etməkdir:

“Bu o deməkdir ki, heç bir overturizm, yeni otellər, ildə 20 milyon insan üçün gecələmə olmayacaq".

Amsterdamda yeni otel ancaq başqa otel bağlanada tikilə bilər. Lakin bu qayda artıq tikilməsi üçün icazəsi alınmış yeni otellərə şamil edilmir. Şəhər hər il milyonlarla turisti həvəsdən salmaqla onların sayını fəal şəkildə məhdudlaşdırmağa çalışır.

Bu, Hollandiya paytaxtının şəhərdə aşırı turizm problemini yüngülləşdirmək üçün həyata keçirdiyi tədbirlər silsiləsinin sonuncusudur.

Xatırladaq ki, keçən il Amsterdam Şəhər Şurası kruiz gəmilərinin qadağan edilməsi və kruiz terminalının bağlanması üçün səs vermişdi. 2021-ci ildə çıxarılan "Balansda Amsterdam Turizmi" adlı nizamnaməyə görə, turizm rəqəmləri 18 milyon nəfərə çatarsa, şəhər şurası "müdaxilə etmək məcburiyyətindədir".

Ay Tac


SON XƏBƏRLƏR