• Bakı 18° C

    10.2 m/s

  • USD - 1.7

    EUR - 1.8199

    RUB - 0.0182

Kobaxidze Zurabişvilini “xarici agent” adlandırdı

DÜNYA

18 Aprel 2024 | 12:54

Kobaxidze Zurabişvilini “xarici agent” adlandırdı

Gürcüstanda artıq bir neçə gündür ki, “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin müzakirə edilməsinə etiraz olaraq aksiya davam etdirilir. Bu gün də Gürcüstan parlamentinə giriş məhdudlaşdırılıb və təhlükəsizlik tədbirləri gücləndirilib.

Bakıvaxtı.az Gürcüstan mediasına istinadən xəbər verir ki, sözügedən qanun layihəsi ölkənin rəsmi şəxsləri arasında da fikir ayrılığına səbəb olub. 

Belə ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze brifinqdə çıxışı zamanı ölkə Prezidenti Salome Zurabişvilini sözügedən qanun layihəsini tənqid etdiyinə görə “xarici agent” adlandırıb.

“Salome Zurabişvili özü xarici təsir agentidir. Müvafiq olaraq, o sadəcə xarici qüvvənin səsi ola bilər və biz dəfələrlə bu barədə danışmışıq”, - deyə baş nazir qeyd edib. 


SON XƏBƏRLƏR

30 Aprel 2024