• Bakı 18° C

    5.2 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Çəkiliş meydançasında QƏZA: Məşhur aktrisa xəstəxanalıq oldu - FOTO

MƏDƏNİYYƏT

22 Sentyabr 2022 | 13:24 | Müəllif: Qalib İbrahimoğlu

Çəkiliş meydançasında QƏZA: Məşhur aktrisa xəstəxanalıq oldu - FOTO

Dünya kino tarixində mühüm yeri olan bir çox filmlərdə rol alan məşhur aktyor Keyt Uinslet xəstəxanaya yerləşdirilib.

Bakıvaxtı.az xəbər verir ki, buna səbəb onun filmin çəkiliş meydançasında keçirdiyi qəza nəticəsində aldığı xasarət olub.

Məlumata görə, "Rinse Over", "Titanik", "Mare of Easttown" və "Chasing Dreams" filmləri ilə tanınan Oskar mükafatlı aktrisa Keyt Uinslet baş rolda oynadığı "Li" filminin çəkiliş meydançasında xoşagəlməz hadisə ilə üzləşib. Belə ki, çəkiliş meydançasında yıxılan aktrisa xəstəxanaya aparılıb. Onun səhhətinin yaxşı olduğu deyilir.

“The Hollywood Reporter”ə danışan aktyorun nümayəndəsi Uinsletin ehtiyat tədbiri olaraq xəstəxanada saxlandığını bildirib.

Aktyorun çəkilişlərinə bu həftə qaldığı yerdən davam edəcəyi bildirilib.

Autac Aslan


Çəkiliş meydançasında QƏZA: Məşhur aktrisa xəstəxanalıq oldu - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026