• Bakı 14° C

    2.92 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

"Dədə Süleyman" reanimasiyadadır - QANA EHTİYACI VAR - VİDEO - YENİLƏNİB

MƏDƏNİYYƏT

21 Oktyabr 2022 | 14:48

"Dədə Süleyman" reanimasiyadadır - QANA EHTİYACI VAR - VİDEO - YENİLƏNİB

"Dövlətimiz sağ olsun. Atam Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib. Nə lazımdırsa, edilir".

Bunu Bakıvaxt.az-a xəstəxanaya yerləşdirilən Əməkdar artist, "Dədə Süleyman" kimi tanınan Süleyman Abdullayevin qızı Aygün Abdullayeva deyib.

Onun sözlərinə görə, atasının bədənində olan bütün normativlər düşdüyündən, onu reanimasiyada saxlayırlar: "Qanda şəkəri qaldırmaq lazımdır, qan azlığı var".

A.Abdullayeva deyib ki, S.Abdullayevin -1 rezurslu qana ehtiyacı var.

Arzu Abdullayeva atasının səhhəti ilə maraqlanan hər kəsə təşəkkürünü bildirib.

***

11:16

Əməkdar artist Süleyman Abdullayev (Dədə Süleyman) xəstəxanaya yerləşdirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə aparıcı Hacı Nuran Hüseynov instaqramda məlumat verib.

O bildirib ki, Xalq artisti Ağadadaş Ağayevlə birlikdə xanəndənin xəstəxanaya yerləşdirilməsinə yardım ediblər: “Hazırda xanəndə həyatla mücadilə aparır, ayağı qanqrena olub. Vəziyyəti kritikdir. Allahdan ümid heç vaxt üzülməz”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026