• Bakı 24° C

    4.72 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

"Dişlərim çöldə gəzə bilmərəm" - Nigar Şabanova

MƏDƏNİYYƏT

19 Noyabr 2022 | 16:51

"Dişlərim çöldə gəzə bilmərəm" - Nigar Şabanova

"Çox xoşbəxtəm, yaxşıyam. Biri instaqramda yazıb ki, insan xoşbəxt olmayanda o sözü deyir, acıq çıxmaq üçün. Həqiqətən xoşbəxtəm. Komplekslərdən xilas olmşam. İstədiyim görünüşdəyəm. Pozitivəm, şükür, hər şey yaxşıdır. Bunu efir xatirinə demirəm. Əvvəlki sakit, gözü yol çəkən Nigar qalmayıb".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Əməkdar artist Nigar Şabanova "Səhərin səsi" proqramında deyib. Xanəndə sosial şəbəkədə ona yazılan şərhlərdən bəhs edib. 

Muğamdan danışan Nigar "İncəsənət adamları həssasdır. Tez inciyirlər. Bəzən mübarizə aparmaqdan yorulursan və kənara çəkilirsən. Muğam məktəbi bitirmisənsə, ona eşqin varsa, inciyə bilməzsən. Bir də muğamın klipə ehtiyacı yoxdur. Muğam oxudunsa, seviləcək" sözlərini söyləyib. 

Nigar onu yekəxana adlandıranlara da cavab verib:

"Mən dişləri çöldə gəzə bilmərəm. İnsan özünə hörmət qoymalıdır. Qadın dediyinin bir xanım obrazı olmalıdır. Mənim sadəliyimi tanıyan bilir. Özümdən böyüklərə salam verməyə utanıram, çəkinirəm". 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Sentyabr 2026