• Bakı 20° C

    1.46 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

"Deyirdilər ki, 6 ay sonra ayrılacaqlar" - Xoşqədəm

MƏDƏNİYYƏT

21 Oktyabr 2022 | 10:49

"Deyirdilər ki, 6 ay sonra ayrılacaqlar" - Xoşqədəm

Aparıcı Xoşqədəm Hidayətqızı və müğənni Doğuşun evliliyinin səkkizinci ildönümüdür. 

Bakıvaxtı.az xəbər verir ki, bunla bağlı Hidayətqızı sosial şəbəkə hesabında paylaşım edib. 

"Həyatınızda yaşamağın çətinlikləri qarşısında bir-birinizə sarılaraq addımlayacağınız, hər an bir-birinizi sevməyə davam edəcəyiniz bir evliliyiniz varsa, siz dünyanın ən xoşbəxt, ən zəngin insanısınız. Həyatınızdakı hər şeydən vaz keçin, xoşbəxt evliliyinizdən başqa. Bu gün Doğuşla evliliyimizin 8-ci ilidir. Zaman sanki uçur. 8 il əvvəli və bizim ailə qurmağımızla bağlı verilən proqnozları xatırlayıram: 1, 6 ay, 1 il sonra ayrılacaqlar. ayıran da, birləşdirən də Allahdır. Çox şükür, 8 ildir birlikdəyik. Rəbbim bu birliyi pozmasın, övladlarımızla birlikdə bizə xoşbəxt, hüzurlu yaşamağı nəsib etsin. Bütün qadınlar, insanlar xoşbəxt olsun" deyə, o paylaşımda yazıb. 

Qeyd edək ki, Doğuş və Xoşqədəm cütlüyünün bu nikahdan əkiz oğulları var. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026