• Bakı 24° C

    9.12 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

“Ərə getdim deyə, Azərbaycandan getdim” - Sevinc Ağaşirinova

MƏDƏNİYYƏT

21 Oktyabr 2022 | 13:40 | Müəllif: Subhan Mahmudov

“Ərə getdim deyə, Azərbaycandan getdim” - Sevinc Ağaşirinova

Uzun müddətdir Türkiyədə yaşayan müğənni Sevinc Ağaşirinova Xəzər TV-də yayımlanan "Səhər mərkəzi" proqramında Azərbaycandan getməsinin səbəbini açıqlayıb.

Bakıvaxtı.az olay-a istinadən xəbər verir ki, ifaçı evləndiyi üçün bu addımı atdığını bildirib:

"Başqa bir şəhərə ərə getmişdim. Dubayda yaşayırdım. Sonra Amerikaya köçdüm, ancaq oralar ürəyimə yatmadığı üçün Türkiyəyə qayıtdım".

Söhbət zamanı İstanbulda ev sahibi olduğunu deyən Sevincin Bakıdan getməsinə səbəb olan həyat yoldaşından ayrıldığı məlum olub. O bildirib ki, hazırda sevgilisi var və yenidən evlənməyə hazırlaşır.

Ağaşirinova Türkiyədə biznesi olduğunu da söyləyib:

"Türkiyədə həm biznesim var, həm aktrisalıq, həm də müğənnilik edirəm. Əmlak sektoru və ixracatla məşğulam".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026