• Bakı 8° C

    11.44 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Cəlilabadda körpü qəzalı vəziyyətə düşdü

HADİSƏ

09 Fevral 2025 | 18:19 | Müəllif: Subhan Mahmudov

Cəlilabadda körpü qəzalı vəziyyətə düşdü

Cəlilabad rayonunun Vənlik kəndindəki körpü yağışlardan sonra qəzalı vəziyyətə düşüb.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, körpü yaşayış məntəqələri arasında gediş-gəlişi təmin edir. Son yağışlardan sonra qəzalı vəziyyətə düşən körpüdən hər hansı avtomobilin keçməsi təhlükəlidir.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 46 saylı Yol İstismar Məhdud Məsuliyyətli Cəmiyyətindən bildiriblər ki, sözügedən körpünün qəzalı vəziyyətə düşməsi ilə bağlı artıq qurumun nümayəndələri baxış keçiriblər və əraziyə təmir məqsədilə lazımi texnika gətirilib, yağışlar ara verən kimi burada işlər aparılacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026