• Bakı 22° C

    2.99 m/s

Ceyhun Bayramovdan Ermənistana XƏBƏRDARLIQ

SİYASƏT

12 Aprel 2023 | 13:35 | Müəllif: Qalib İbrahimoğlu

Ceyhun Bayramovdan Ermənistana XƏBƏRDARLIQ

"Ermənistan bu təhlükəli və təhrikedici addımlarından çəkinməlidir, bunun nəticələri Ermənistan üçün ağır ola bilər, necə ki, bu dünən belə oldu".

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda Şimalı Makedoniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani ilə birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, təxribat baş verən yerə yaxın ərazilərdə sürətli quruculuq işləri gedir. Nazir deyib ki, bu təxribatların törədilməsi bizim vətəndaşlarımızın azad olunmuş ərazilərə qayıtmasına mane olmaq istiqamətində atılan addım kimi başa düşülə bilər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Oktyabr 2026