• Bakı 23° C

    2.34 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Fransa Ermənistanı silahlandırmaqla... - Deputat Avropaya SƏSLƏNDİ

SİYASƏT

12 May 2023 | 11:13 | Müəllif: Qalib İbrahimoğlu

Fransa Ermənistanı silahlandırmaqla... - Deputat Avropaya SƏSLƏNDİ

“Fransanın xarici işlər naziri mövcud olmayan Dağlıq Qarabağ ərazisini anklav adlandırmışdı. Bununla da Fransa Azərbaycanın ərazi bütövlüyünü pozur”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin yaz sessiyası çərçivəsində növbəti plenar iclasında deputat Elşad Mirbəşiroğlu bildirilib.

Onun sözlərinə görə, Fransa təkcə Azərbaycanın deyil, Cənubi Qafqazın təhlükəsizliyi üçün təhdid yaradır: "Belə ki, Fransa Yeravandakı səfirliyinə yeni hərbi ateşə göndərib. Məqsəd Fransanın Ermənistanı yeni silahlarla təmin etməkdir".

Deputat qeyd edib ki, Fransa Ermənistanı aşkar şəkildə silahlandırmaqla Azərbaycanın ərazi bütövlüyünə təhdiddir və bu siyasət sülhə qarşıdır.

"Biz Avropa ölkələrinə müraciət edərək, Fransaya öz yerini göstərməsi üçün təzyiq etməsinə çağırış etməliyik”, -deyə deputat bildirib.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026