Çin hakimiyyəti digər ölkələrə koronavirus infeksiyasına qarşı 1 milyard doza vaksin təqdim edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Çinin Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Çjen Çjunvey məlumat verib.
“İlin sonunadək daha 2 milyard doza göndərməyə zəmanət veririk” – deyə, komitə nümayəndəsi bildirib.
Nuranə Daxilqızı
















