• Bakı 10° C

    6.76 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Əfqanıstanda terror hücumları - Ölənlər var

DÜNYA

03 Oktyabr 2021 | 09:50

Əfqanıstanda terror hücumları - Ölənlər var

Əfqanıstanın Cəlalabad şəhərində naməlum şəxslərin silahlı hücumu nəticəsində dörd nəfər ölüb.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, ölənlərin ikisi “Taliban” üzvüdür.

Əfqanıstan Müstəqil Jurnalistləri Qoruma Dərnəyi jurnalist-yazıçı Sayed Maruf Sadatın ölən mülki şəxslər arasında olduğunu açıqlayıb. Ölən digər mülki şəxs isə Sadatın qohumu olub.

Biri Sadatın oğlu olmaqla, iki nəfər yaralanıb. Hücumu hələlik üzərinə götürən olmayıb.

Bundan başqa, Cüzcan vilayətinin Akça rayonunda bir toya bombalı hücum olub. Hücumda biri gəlin olmaqla, iki nəfər həyatını itirib.

Qeyd edək ki, ölkədə “Taliban”ın hakimiyyəti ələ keçirməsindən sonra İŞİD-in terror hücumları artmağa başlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR