• Bakı 23° C

    2.67 m/s

Dağdan qopan qaya Quba-Xınalıq yolunu bağladı

HADİSƏ

26 Mart 2021 | 20:22

Dağdan qopan qaya Quba-Xınalıq yolunu bağladı

Bu gün Quba-Xınalıq avtomobil yolunun 53-cü km-də iri qaya parçası dağdan qoparaq yolun hərəkət hissəsinə düşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, nəticədə yolda avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə hərəkətində problem yaranıb.

Dərhal hadisə yerinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texnikaları və canlı qüvvəsi cəlb edilib. İri qaya parçası qısa müddət ərzində xüsüsi texnika ilə yolun hərəkət hissəsindən kənarlaşdırılıb və sözügedən yol ilə rahat və təhlükəsiz hərəkət təmin olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Oktyabr 2026