• Bakı 28° C

    4.25 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Xəstəxanada dəhşətli yanğın - 82 nəfər öldü

HADİSƏ

25 Aprel 2021 | 17:04

Xəstəxanada dəhşətli yanğın - 82 nəfər öldü

İraqın paytaxtı Bağdad şəhərindəki xəstəxanada baş verən yanğın nəticəsində ən az 82 nəfər ölüb, 110 nəfər yaralanıb.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Baghdad Al Youm xəbər portalı İraq Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi general-mayor Halid əl-Mihnə istinadən bildirib.

Məlumatda qeyd olunub: "İbn əl-Xətib xəstəxanasında baş verən yanğın xəstələr və heyət də daxil olmaqla 82 nəfərin ölümünə səbəb olub, 110 nəfər yaralanıb".

Bildirilib ki, yaralananlar arasında vəziyyəti ağır olanlar da var.

Qeyd edək ki, Bağdad şəhərinin cənub-şərqində yerləşən İbn əl-Xətib xəstəxanasında yanğın ötən gün axşam baş verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026