• Bakı 13° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

İcra başçısının müavini qəza törətdi, Kəlbəcər sakini yaralandı

HADİSƏ

24 May 2021 | 21:15

İcra başçısının müavini qəza törətdi, Kəlbəcər sakini yaralandı

Tərtər rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Abbas Yusif oğlu Cavadov 1 nəfərin yaralanması ilə nəticələnən yol qəzası törədib.

Bakivaxti.az musavat.com-a istinadən xəbər verir ki, başçının müavini idarə etdiyi “Prado” markalı, Az 90 SS 401 nömrə nişanlı avtomobillə Bərdə istiqamətindən Tərtərə gələrkən, rayonun Sarıcalı kəndinin ərazisində Kəlbəcər köçkünü Nicat Nəbiyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobilə çırpılıb. Nəticədə Nicat Nəbiyev başından xəsarət alıb, idarə etdiyi avtomobil isə yararsız hala düşüb. Xəstəxanaya çatdırılan köçkünün həyatını xilas etmək mümkün olub. Məlumata görə qəzadan sonra başçı müavininin qardaşı Qalib Cavadov olay zamanı sükan arxasında olduğunu deyib.

Musavat.com-a məlumat verən mənbənin sözlərinə görə, Tərtərdə hər kəs bilir ki, sadəcə maşın başçı müavininin qardaşının adınadır: “Qəza zamanı isə sükan arxasında Abbas Cavadov olub. Hadisə Abbas Cavadov kef məclisindən qayıdarkən baş verib. Onun qəza zamanı içkili olması da qeyd olunur. Abbas Cavadov Nicat Nəbiyevin sağlamlığına və nəqliyyat vasitəsinə vurduğu zərərin qarşılığı olaraq 4 min manat ödəyib. Qəza ilə bağlı araşdırmalar davam edir”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026