Rusiyanın paytaxtı Moskvada hava temperaturu 34,7 dərəcəyə çatıb.
Bakıvaxtı.az xəbər verir ki, Rusiyanın hava xidməti "Roshydromet" bunu, 1901-ci ildən bəri ən yüksək iyun temperaturu kimi qeydə alıb.
Xidmət rəhbəri Marina Makarova bunun qlobal istiləşmə ilə əlaqəli olduğuna diqqət çəkib.
















