• Bakı 20° C

    4.5 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.0614

Daha bir neçə sayt Mətbuat Şurasına üzv oldu

MEDİA

03 Oktyabr 2025 | 12:54

Daha bir neçə sayt Mətbuat Şurasına üzv oldu

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib.

Qurumdan Bakıvaxtı.az-a bildirib ki, toplantını açan MŞ sədri Rəşad Məcid gündəliyi elan edib. Gündəlik səsə qoyularaq qəbul edilib.

İclasda müzakirə edilən ilk məsələ MŞ sədrinin İdarə Heyətinin son iclasından indiyədək görülmüş işlərlə bağlı məlumatı olub. R.Məcid bildirib ki, rəhbərlik etdiyi qurum ötən müddətdə media nümayəndələrinin milli mətbuatımızın 150 illik yubileyi ilə bağlı təltif edilmələri istiqamətində aparılan fəaliyyətə yaxından dəstək oldu, öz namizədlərini müəyyənləşdirərək ölkə rəhbərliyinə təqdim etdi.

Mətbuat Şurası iyulun 24-də Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanladı. Məktubda dövlətimizin başçısına həm “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” 25 aprel 2025-ci il tarixli Sərəncamına, həm “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalının təsis edilməsinə dair Fərmanına, həm də “Media nümayəndələrinin təltif edilməsi haqqında” Sərəncamına, ümumən, mediaya, jurnalistlərə daim həssas münasibətinə, yüksək dəyərinə və qədirbilənliyinə görə minnətdarlıq ifadə olundu.

MŞ-nin icraçı katibi Əvəz Rüstəmov quruma müraciətlərlə bağlı məlumat verib. O, ümumilikdə 6 şikayət üzrə Şura Katibliyinin həyata keçirdiyi işlərdən söz açdı və bildirib ki, həmin şikayətlərdən biri Şikayətlər üzrə Komissiyanın müzakirəsinə təqdim olunacaq. Digər beş məsələ üzrə isə şikayətçilərlə cavabdehlər arasında anlaşma əldə olunub.

Toplantıda MŞ-nin Beynəlxalq əlaqələr komissiyasının sədri Müşfiq Ələsgərlinin İdarə Heyətinin üzvü Yadigar Məmmədli ilə birgə qatıldığı Avropa Müstəqil Mətbuat Şuraları Alyansının (AİPCE) illik toplantısı ilə bağlı bağlı məlumatı da dinlənilib.

İclasda baxılan sonuncu məsələ isə MŞ-yə yeni üzvlərin qəbulu olub. Müzakirələrdən sonra “Sport Time” jurnalı, “Citypost.az”, “Oxu24.com”, “İqtisadiyyat.az” və “Crossmedia.az” saytları Şuraya üzv qəbul ediliblər.


SON XƏBƏRLƏR

02 Oktyabr 2025